"Qərb Ukrayna ordusunun təchiz edilməsində ləngiyir" - MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ İraq, Vyetnam, Əfqanıstanda daha çox SSRİ və ondan qalma problemlərə qarşı mübarizə aparırdı. Əfqanıstanda SSRİ var idi, ona qarşı mübarizə apardı və nəticədə SSRİ qoşunlarının oradan çıxmasına nail oldu. Vyetnamda müharibə apardı və sonra oradan ayrıldı. Buna baxmayaraq Vyetnam bu gün ABŞ ilə əməkdaşlıq etməyə can atır. Eyni şəkildə də İraqda da sovetlərdən qalma Səddam Hüseyn rejimini devirməklə regiona daxil oldu. Bu gün İranla həmsərhəd olan İraqda ABŞ qoşunları var”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, Əfqanıstanda bundan əvvəlki hakimiyyət də ABŞ vasitəsilə gəlmişdi, indiki gələn vaxtilə onun yetişdirdiyi mücahidlər bazası əsasında formalaşmış Taliban hökumətidir: “Ukraynada da məsələ təkcə Rusiya-Ukrayna arasında deyil. Bu eyni zamanda qərbin, yeni dünya düzəninin savaşıdır. Bu Ukraynanın özünün müstəqilliyi uğrunda mübarizəsidir. Rusiya Ukrayna tərəfdən sıxışdırıldığını gördü və silaha əl atdı. İlk olaraq Krım ilhaq edildi və ölkənin şərqində separatçı qruplaşmalar yaradıldı. Hazırda qərb Ukrayna ordusunun təchiz edilməsində ləngiyir. Bu ləngimə isə cəbhə xəttində Rusiya hərbçilərinin irəliləməsinə şərait yaradır. Ukraynaya yardımı kəsmək ABŞ-nin və qərbin maraqlarına uyğun deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB