Qərbin doymuş məhlulları Azərbaycanda bəzi media nümayəndələrini və ayrı-ayrı dağıdıcı müxalif ünsürləri ələ almaqla onlardan öz çirkin məqsədləri üçün etməyə çalışır
Bəzi qəzet və saytlar var ki, onlar dağıdıcı müxalifət vasitəsilə xarici dairələrlə geniş iş birliyi qururlar. Dəfələrlə müxtəlif jurnalist təşkilatları həmin sayt və qəzet təmsilçilərinə səhv yoldan çəkindirməyə çalışan çağırışlar etsələr də, nəticəsi olmayıb. Satılmaq yolu tutan jurnalistlər var ki, onlar əməllərinin nəticəsi olaraq həbs ediliblər və azadlıqdan məhrumetmə cəzası alıblar. Dövlətimiz əksər hallarda böyük humanistlik göstərərək onları əfv edib. Təəssüflər olsun ki, xeyirxahlıq, humanistlik dəyərləndirilməyib. Fürsət yaranan kimi yenidən dövriyyəyə daxil olub, əski peşələrini davam etdiriblər. Hətta xarici maliyyə şəbəkəsindən daha çox maddi və mənəvi dəstək qazanmaq üçün fəaliyyətini bir qədər də gücləndiriblər. Yəni, hər vəchlə çalışıblar ki, xaricdən verilən tapşırıqları səhvlərə yol vermədən, düzəlişlər etmədən həyata keçirsinlər. İstəklərinə nail ola bilməsələr də, cəhdlərindən də əl çəkmirlər. Uğursuzluğa düçar olub, haqlarında növbəti hüquqi tədbirlər görüləndə yenidən hay-küy qaldırıblar. Fürsətcil dağıdıcı müxalifət və Avropadakı antimilli ünsürlər, eləcə də Qərb institutları qanunsuz hərəkətlər edən media orqanlarına qarşı görülən hüquqi tədbirlər ətrafında hay-küy qaldırıb, öz maraqlarını təmin etməyə çalışırlar. “Abzas Media”-nın qanunazidd fəaliyyəti və əməkdaşlarının müxtəlif xarici təşkilatlardan maliyyə vəsaiti almalarına dair əsaslı faktlar aşkarlığı üçün cinayət işi qaldırılmış və adı qanunsuz əməldə keçən şəxslər həbs edilmişdir. Eyni cinayət əməlini Toplum TV-nin də həyata keçirdiyi aşkarlanıb. Xatırladaq ki, Toplum TV-nin baş redaktoru Xədicə İsmayıldır. Bu, o şəxsdir ki, "Azadlq" radiosunun əməkdaşı olaraq çalışan zaman dövlət maraqlarımıza qarşı açıq təhdid kampaniyası aparırdı. Eyni fəaliyyətini Toplum TV vasitəsilə həyata keçirirdi.
Toplum TV ilə bağlı tədbirlərin görülməsindən sonra hay-küyçülərin sayı artıb
Hüquq-mühafizə orqanları Toplum internet TV-nin ofisində apardıqları axtarış-əməliyyat tədbirləri zamanı onların cinayət əməlini sübut edən bir sıra sənədlər aşkarlayaraq götürüblər. Qanunvericiliyə uyğun olaraq da həbs edilənlər var. Heç vəchlə ölkəmizdə pozucu qüvvələrin meydan sulamasına imkan verilə bilməz. Azərbaycan xalqının milli maraqlarına, Azərbaycan dövlətinin əleyhinə qarşı işləyən, hətta qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən belə çəkinməyən şəbəkələrin müəyyən edilməsi və neytrallaşdırılması vacibdir. Baxmayaraq ki, məkrli qüvvələr ifşa olununca hay-küy qaldırırlar. Gözlənildiyi kimi ənənəvi ampluasından çıxış etməyə və hay-küy qaldırmağa adətkar olan Qərb institutları Toplum TV-nin ofisində aparılan axtarış tədbirlərini media azadlığının pozulması kimi qiymətləndirməyə cəhdlər göstərir. Halbuki, axtarış tədbirləri Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlilərin müəyyən edilməsi ilə bağlıdır. Təbii ki, Toplum TV ilə bağlı tədbirlərin görülməsindən sonra xarici media, hüquq müdafiə təşkilatları, sonra isə Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcəyi heç bir sual doğurmur. Lakin bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətdən qorumaqdan çəkindirməyəcək.
Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə ötürülüb
Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Məlum hal Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir. Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir. Qərbin qaranlıq dairələrinin həyata keçirdiyi məkrli siyasətin Gürcüstan, Rusiya və digər ölkələrdə həyata keçirildiyi, növbənin Azərbaycana çatdığı müşahidə edilir. Daha doğrusu, Azərbaycanda daha geniş xarakter daşıyır. Bu prosesdə USAİD və Samanta Pauer başda olmaqla Qərb fondlarının, hüquq-müdafiə təşkilatlarının xüsusi il fəallıq göstərdikləri diqqəti çəkir. Məqsədləri özlərinə yaxın müxtəlif şəbəkələrin qurulması və onların vasitəsilə daxildə qarışıqlıq yaradılmasına cəhdlərin göstərilməsidir. Lakin qeyd edildiyi kimi, pozucu şəbəkə öz çirkin məqsədlərinə nail ola bilmədilər. Ümumiyyətlə, son vaxtlar xaricdən maliyyələşən istər media qurumları, istərsə də dağıdıcı müxalif qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaq üçün hər cür çirkin vasİtə və üsullardan istifadə edirlər. Lakin xalq-hakimiyyət birliyi, insanların ayıq-sayıq olması məkrli dairələrin pozucu planlarının iflasa uğramasına gətirib çıxarır. Bu hal bir daha Azərbaycanın güclü dövlət olması və belə metodlarla daxili sabitliyə xələl gətirmək cəhdlərinin iflasa uğramasının sübutudur. Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla, xarici dəstək almaqda və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə, xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.
“Abzas Media” ilə bağlı da analoji tədbirlər həyata keçirilib
Nəzərə almaq lazımdır ki, bundan əvvəl “Abzas Media” ilə əlaqədar analoji tədbirlər həyata keçirilib və məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilib.“Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənovun, baş redaktor Sevinc Abbasovanın və layihə koordinatoru Məhəmməd Kekalovun həbs edilmələrinə, burada da nəsə müəmma axtarmağa ehtiyac yoxdur. Onlar haqqında külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları nəticəsində aydın olub ki, ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri “Abzas Media” xəbər portalının rəhbərliyinə “demokratik inkişafa dəstək vermək” adı altında böyük məbləğdə pullar ödəyiblər. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər. İfşa olunub, həbs edilmələrindən sonra isə böyük dairələr hay-küy qaldırmağa başlayıblar.
“Azadlıq” radiosunun xislətidir, ağa qara deyib hay-küy qaldırmaq
Ümumiyyətlə görünən ondan ibarətdir ki, Qərbin doymuş məhlulları Azərbaycanda bəzi media nümayəndələrini və ayrı-ayrı dağıdıcı müxalif ünsürləri ələ almaqla onlardan öz çirkin məqsədləri üçün etməyə çalışırlar. Müəyyən hallarda planlarını yetirmələri olan “Azadlıq”, “Amerikanın səsi” “BBC” və digər media quruluşları vasitəsi həyata keçirməyə çalışırlar. Xatırlatmaq lazımdır ki, 7 fevral Zəfər seçkisi ərəfəsi və ondan sonra sözügedən media orqanları seçki ilə bağlı müxtəlif dezinformasiyalar yayırdılar. “Azadlıq” radiosu AŞPA-nın deputatı, Azərbaycan üzrə keçmiş həmməruzəçi Stefan Şennaxun adından da sayıqlamalar səsləndirmişdir. Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindemanının qərəzli açıqlamasını, almaniyalı deputat Frank Şveberin şər və böhtanlarını sevə-sevə tirajlamışdır. Söz yox ki, “Azadlıq” radiosunun xislətidir, ağa qara deyib hay-küy qaldırmaq. Bu, o radiodur ki, korrupsiya və rüşvətxorluq girdabında əzilir. Bütün jurnalist kollektivi ancaq ələbaxım formasında fəaliyyət göstərirlər. Pul almasalar, cibləri sevinməsə kiminsə haqqında müsbət reportaj hazırlayıb yaymazlar. Məhz bu cür qanunazidd əməllərinə görə radio da aşağıdan yuxarıya qədər hər kəs sorğulandı və nəticədə əməkdaşlarının böyük əksəriyyəti işləri ilə xudahafizləşməli oldular. Bir sözlə təsdiq olunur ki, Azərbaycanda media mənsublarının və dağıdıcı müxalifətin ələ alınmasında xarici maraqlı dairələrin, xüsusilə də ABŞ-ın və Avropanın qaranlıq dairələrinin maddi və mənəvi dəstəyi mövcuddur. Lakin mənasız və əhəmiyyətsiz dəstəkdir. Azərbaycan hüquqi, demokratik və azad dövlətdir. Burada qanunlar və qərarlar ABŞ-dan və Avropadan Fransa, Almaniya kimi dövlətlərdən fərqli olaraq hüquq müstəvisində həll edilir. Ona görə də hay-küy qaldırmaq mənasız və əhəmiyyətsizdir.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB