"Avropa Parlamenti xristian məbədidir ki..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropa Parlamenti Azərbaycan qələbə qazanandan sonra bizə qarşı təhdidlər, qərəzli fikirlər səsləndirməklə, böhtanlar atmaqla məşğuldur. Avropa Şurasının ali komissarı Cozef Borrell Qarabağdan köçüb gedən ermənilərin sayını təhlil edir". Bu barədə SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, rrməni mətbuatı, Ermənistan baş naziri, təhlükəsizlik katibi, xarici işlər naziri Azərbaycandan köçən ermənilərin sayının yüz min olduğunu bildirirlər: "Amma bu şişirdilmiş rəqəmdir. Təbii ki, Qarabağda o qədər erməni yaşamırdı. Onlar ancaq ermənilərə köklənib onların tərəfini saxlayırlar. Onlar nə qədər şişirtsələr də bu qədər qaçqın sayı heç yerdə qeyd edilməyib. Bəs bu rəqəmi hardan alıblar? Son dövrlər Borrell Azərbaycanın guya hücum edəcəyi haqqında fikirlər səsləndirir. Bu fikri haradan alıb? Bizim belə bir hazırlığımız, məqsədimiz yoxdur. Bunu nəyə əsasən deyir? Avropa Parlamentinin əksər üzvləri bir qayda olaraq ermənilərin tərəfini saxlayırlar. Maraqlı faktlardan biridir ki, dünən Avropa Parlamentində “Ermənistana dəstək” adlı kampaniya təşkil etmişdilər. Orada deputatlar Azərbaycana çağırış etdilər ki, Ermənistana hücum etməsin, sülh müqaviləsi bağlasın. Hətta bir deputat da öz çıxışında açıq-aydın dedi ki, Ermənistan xristianlığı yayan ölkədir və biz onların tərəfindəyik. Mən anlamadım, Avropa Parlamenti xristian məbədidir yaxud da xristian klubudur ki, burada belə fikirlər səslənir? Bura özlərinin dediyi kimi demokratik bir təşkilatdır. Burada da digər xalqların da nümayəndələri, o cümlədən Türkiyə və Azərbaycan da orada iştirak edir. Ancaq Azərbaycanın səsvermə hüququnu dayandırdılar. Bizim deputatlar da çox haqlı olaraq onların tədbirlərində iştirak etmir. Ancaq bundan daha irəli gedərək Ermənistanı dəstəklədiklərini bildirirlər. 20-ci əsrdə bu cür çağırışlar qərəzli və təhlükəlidir".

Politoloq bildirib ki, bu gün ABŞ konqresində ermənilər tərəfindən seçilən konqresmenlər erməni milləti lehinə kəskin bəyanatlarla çıxış edirlər: "Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ və Fransadır. Onların milyarderləri siyasilərdən, parlament üzvlərindən seçirlər və onların müəyyən mövqeyə yerləşdirilməsi üçün külli vəsait ayırırlar. Bunlardan də biri Brüsseldə brilliant biznesi ilə məşğul olan Kaspar Karapetyandır. Karapetyan çox nüfuzlu iş adamıdır, böyük imkanları var. O parlamentə erməni yönümlü şəxsləri seçib yerləşdirməklə məşğuldur. Bu insanın apardığı biznes çox güclüdür. Təsəvvür edin ki, Rusiyaya həddən artıq sanksiyalar tətbiq olunur, onların bütün resurslarının daşınması qadağandır, Avropa ilə bütün əlaqələri kəsilib ancaq Karapetyanın brilliant biznesinə toxunulmayıb. Bu gün də Karapetyan Rusiyadan almazı ucuz qiymətə qiymətə Brüsselə aparıb orada cilalayıb satışını təşkil edir. Bundan da milyardlar qazanır. Həmin vəsaitin də müəyyən hissəsini siyasi məqsədləri üçün, o cümlədən Ermənistanı dəstəkləyəcək deputatları hazırlamaq üçün istifadə edir. Bu Avropa Parlamentinin necə bir vəziyyətdə olduğunu göstərir. Uzun illər Avropa İttifaqına daxil olmağa çalışan Türkiyəni içəri buraxmırlar. Çünki yuxarıda qeyd etdiyimiz xristian amili buna imkan vermir. Azərbaycan da Avropa İttifaqına qəbul ediləsi deyil. Onlar orada obyektiv düşüncəni qəbul etmirlər. Bütün dünya bu gün Ukraynanı dəstəkləyir ki, Ukrayna işğal olunmuş ərazilərini azad etsin. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad olunması haqqında 4 qərarı oldu. O cümlədən də həmin şuranın üzvlərindən biri Fransa olmaqla qərar qəbul olundu ancaq yerinə yetirilmədi. Ermənistan bizim torpaqlarımızı qəsb etdi, amma ona qarşı sanksiya tətbiq olunmadı". Ancaq bu gün biz azad edilmiş torpaqlarımızda quruculuq işləri apardığımız bir zamanda Azərbaycana qarşı sanksiya çağırışı edilir".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə