Bu ölkələrin ekspertlərindən ibarət şəbəkə yaradılıb - BMTM

Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin ekspertlərindən ibarət şəbəkə yaratmışıq. Bu şəbəkənin ekspertləri müzakirələr və analizlər aparırlar. SİA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçiriləcək tədbirlə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, İslamofobiyaya qarşı mübarizə konfransı kimi tədbirlər belə şəbəkələrin qurulmasına da kömək edir.

Qeyd edək ki, martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə