Azərbaycanla münasibətlərimiz strateji tərəfdaşlıq zəminində inkişaf edir - Bolqar spiker

Azərbaycanla Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq zəminində inkişaf edir. SİA xəbər verir ki, bunu Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov martın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

R.D.Jelyazkov iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxunub. Qonaq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə