"Erməni lobbiçiləri AP deputatlarının beyinlərini yuyur" - MÜNASİBƏT BİLDİRİLDİ
"Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti yeni hal deyil. Təəssüf ki, Avropa Parlamentində Azərbaycan haqqında yanlış rəyi olan, eyni zamanda erməni lobbiçiləri tərəfindən beyni yuyulmuş və ələ alınmış deputatlar var. Bunlar müxtəlif ölkələri təmsil edən deputatlardır. Orada Azərbaycan əleyhinə bir çıxış olan kimi bunlar da araşdırmadan, öyrənmədən elə fikirləşir ki, bu müsəlman dövlətidirsə deməli xristian erməni düz deyir və ölkəmiz əleyhinə çıxışlar etməyə başlayırlar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bu əməllərin arxasında da Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan və digərləri dayanır: "Brüsseldə çirkli pulların yuyulması ilə məşğul olan Karapetyanlar müxtəlif vasitələrlə Avropa Parlamenti deputatlarını ələ alır. Bu əhval isə istər-istəməz ümumilikdə Azərbaycanla Avropa İttifaqı münasibətlərinə təsir edir. Əlbəttə hiss olunur ki, Avropa Komissiyası və Avropa Birliyi Şurası rəsmi Bakı ilə sağlam əlaqələrin qurulmasında maraqlıdır, lakin istər-istəməz belə bir vəziyyət əlaqələrə təsir edir. Çünki rəsmi Bakı da haqlı olaraq belə münasibətdən narahatçılığını bildirir. Erməni lobbiçilərinin Avropa Birliyində əsas təsir aləti Avropa Parlamenti olduğundan onlar yenidən bu quruma seçki öncəsi əl-ayağa düşüblər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB