Xüsusi təyinatlılarımız döyüş əməliyyatları üzrə təlim keçirdi - FOTOLAR - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər.
Qeyd olunub ki, taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 167
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 168