Yataqxanadakı keçmiş məcburi köçkünlər xidməti mənzillərə köçürülə bilər
Hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsi təklif edilir. SİA xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB