"Görməsəm də bilirəm ki, Laçının gözəl təbiəti var" - BALACA LAÇINLI DANIŞDI

"Görməsəm də bilirəm ki, Laçının gözəl təbiəti var" - BALACA LAÇINLI DANIŞDI

"Mən Laçını heç görməmişəm. Amma anam da, atam da o yerlər haqqında çox danışıblar. Görməsəm belə bilirəm ki, Laçının gözəl təbiəti, isti bulağı var. Laçının bütün fəsilləri gözəl keçib. İndi mən də gedirəm, Laçın haqqında eşitdiklərimi öz gözlərimlə görüm". Bu sözləri SİA ilə təəssüratlarını bölüşən Laçın şəhəri sakini 10 yaşlı İbrahim Kazımov deyib.

"Təhsilimə Laçında davam edəcəm. Yaxşı oxuyub valideynlərimin bu sevincini ikiyə qatlamaq istəyirəm",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə