Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTOLAR

Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar insanlar “Ana harayı” abidəsini ziyarət edirlər. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə