"Azərbaycanda vaxtaşırı kadr yenilənməsi prosesi baş verir" - DEPUTAT FİKİR BİLDİRDİ

"Azərbaycanda vaxtaşırı kadr yenilənməsi prosesi baş verir" - DEPUTAT FİKİR BİLDİRDİ

“Cənab Prezident ruhən islahatçı, öz işinə yüksək məsuliyyətlə yanaşan və idarəçiliyi müsbət nəticələr verən bir liderdir. Onun apardığı siyasi xətt Azərbaycanın yenilənməsinə, qüdrətlənməsinə və bütün sahələr üzrə irəliləyiş əldə edilməsinə gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, yenilənən Azərbaycanda vaxtaşırı kadr yenilənməsi prosesi də baş verir: “Bu və ya digər sahələrdə aparılan kadr siyasəti çox mühüm əhəmiyyətə malikdir. Yeni simalar və müvafiq sahənin məsuliyyətini dərk edən insanlar gəlir. Bu mənada "AZAL"a yeni təyin edilən kadrın böyük idarəçilik təcrübəsi var. İlk növbədə o "AZAL" şirkətinə bir menecer, idarəçi kimi gəlir. İnanırıq ki, həmin şəxs cənab Prezidentin bu sahədəki etimadını doğruldacaq. "AZAL" özünün şöhrətini daha da artıracaq, insanlar milli aviaşirkətin xidmətlərindən razı qalacaqlar. "AZAL"ın yeni prezidentindən yeni islahatlar, yeniliklər, insanları razı salacaq addımlar gözləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə