“Azərbaycan Prezidentinin Türkiyə səfəri olduqca əhəmiyyətlidir“ - DEPUTAT DANIŞDI

“Azərbaycan Prezidentinin Türkiyə səfəri olduqca əhəmiyyətlidir“ - DEPUTAT DANIŞDI

“Türkiyə ilə Azərbaycan arasında olan dövlətlərarası münasibətlər dünyada heç bir başqa iki dövlət arasında yoxdur. Bu tarixi, təbii müttəfiqlik əlaqələridir və dərin strateji münasibətlərə söykənir. Müharibədən dərhal sonra 2021-ci ildə Şuşa bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” münasibətlərinin hüquqi sənədlərlə möhkəmlənməsi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ənənəvi olaraq Azərbaycan Prezidenti yenidən Prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə edir: “Hələ ölkə başçısının andiçmə mərasimində etdiyi çıxışa nəzər yetirsək, görəcəyik ki, əslində? Türkiyəyə səfərin anonsu Prezidentin nitqində yer almışdı. Çünki dövlət başçısı dedi ki, xarici siyasətimizin əsas prioriteti Türk Dövlətləri Təşkilatıdır. Həmçinin Türk Dünyasının bizim ailəmiz olduğu da cənab Prezidentin çıxışında yer almışdır.

Türk Dünyası dedikdə isə, şübhəsiz ki, ilk növbədə qardaş Türkiyədən, Ön Asiyadan başlayan və Orta Asiyaya qədər uzanan böyük bir tarixi, etno-mədəni coğrafiya gözümüzün önündə canlanır. Bu gün xalqımızın da aid olduğu böyük etno-mədəni coğrafiya Türk dövlətlərinin siyasi-inzibati coğrafiyasıdır.

Düşünürəm ki, ölkə rəhbərinin Türkiyəyə səfəri böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, hazırk mürəkkəb tarixi mərhələdə, həm də çox çətin mərhələlər yaşanır. Türkiyə və Azərbaycanın daxil olduğu coğrafiya bir növ müharibələrlə əhatə olunub. Buna görə də bundan sonra müttəfiqliyimizin gərəyi olan təhlükəsizlik tədbirlərinin daha da möhkəmləndirilməsi, milli təhlükəsizliyimizin prioritetlərinin daha etibarlı şəkildə qorunması üçün Azərbaycan Prezidentin Türkiyə səfəri olduqca əhəmiyyətlidir. Bu səfər şübhəsiz ki, növbədənkənar prezident seçkilərindən dərhal sonra baş tutduğuna görə, həm də tarixi səfərdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə