"Üçüncü tərəf həm də üçüncü maraq deməkdir" - POLİTOLOQ BİLDİRDİ
"Azərbaycan dəfələrlə danışıqlarda vasitəçilərsiz təmasların, görüşlərun tərəfdarı olduğunu bəyan edib". Bu barədə SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, Ümumiyyətlə 28 illik ATƏT-in MİNSK qrupu təcrübəsi və aradan keçən 4 illik təcrübə də onu göstərir ki, vasitəçilər prosesə fayda vermir, əksinə mane olurlar: "Zamanında ATƏT-in MİNSK qrupu çərçivəsində proseslərin həllini gözlədiyimiz instansiyalar , biz torpaqlarımızı işğaldan azad efəndən sonra Cənubi Qafqaza yönəlik siyasətlərində məhz Azərbaycanı günahlandırmağa, Azərbaycana qarşı məlumatların təhrif olunmaqla manipulyasiya kampaniyalar aparmağa, beynəlxalq münasibətlərdə Azərbaycanı fərqli göstərməyə çalışırlar. Odur ki, Azərbaycan danışıqlarda vasitəçilərsiz təmaslar, görüş istəyir. Çünki üçüncü tərəf həm də üçüncü maraq deməkdir. İki tərəfin müzakirəsində üçüncü tərəfin mövcudluğu onun maraqlarının da nəzərə alınması kimi arzuolunmaz reallıq yaradır".
Politoloq bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı ola bilsin ki, çərçivə sənəd razılıq əldə ediləcək: "Amma tam miqyasda, bütün məsələlərin həllini edəcək saziş hələ əldə olunmayacaq. Yəni tezliklə Azərbaycan-Ermənistan danışıqlarını tam miqyasda əhatə edən məqamda razılıq hələ əldə edilməyəcək".
Müsahibimiz sonda vurğulayıb ki, Hələ delimitasiya və demarkasiya məsələləri həll olunmayıb, bu gün hələ də Ermənistan işğalında olan Azərbaycan torpaqları var: "Qazaxın 7 kəndi, Naxçıvanın Sədərək rayonunun Kərki kəndi hələ də işğal altındadır. Gədəbəydə də bir epizod üzrə suallar yaradan məqamlar var. Azərbaycan bu məsələlərin tezliklə həllində tələbkardır və həllini tezləşdirmək istəyir. Bu məsələləri sonraya saxlamaq lazım deyil, çünki daha sonra bu məsələlər üzərindən fərqli proseslər inkişaf etməsi üçün risklər yaradır. O səbəbdən Azərbaycan danışıqların vasitəçisiz aparılmasında maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB