"Yeni çağırışlar nəzərə alınmaqla kadr islahatlarına start veriləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Yeni çağırışlar nəzərə alınmaqla kadr islahatlarına start veriləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezidentin növbəti dəfə seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olması həyata keçirilmiş islahatların uğurlu olmasının nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bundan sonrakı mərhələdə də dövlət başçısının imzalayacağı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsinə, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşmasına istiqamətlənəcəkdir: "Zəfər seçkisindən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur və həyatın müxtəlif sahələrində ciddi islahatların getməsi zəruridir.

Xüsusilə son illərdə ölkəmizdə aparılan islahatlar dayanıqlı inkişafın bünövrəsini təşkil edir. Düşünürəm ki, prezident seçkilərindən sonra qısa zamanda idarəçilikdə yeni çağırışlar nəzərə alınmaqla kadr, insitusional və struktur islahatlarına start veriləcəkdir. Bu islahatlar hökumətin işində keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönələcəkdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə