"Regionda kənar qüvvələr sülhə təhdiddir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Regionda kənar qüvvələr sülhə təhdiddir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan öz torpaqlarını azad edib, məsələ bitib, separatçı yuvası darmadağın oldu və İrəvan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Ermənistanın çıxardığı bu oyun vəziyyəti yenidən gərginləşdir, dünyanın elə bir ölkəsi qalmadı ki, onu vasitəçi kimi cəlb etməsin, hansısa beynəlxalq qarantor axtarışındadır, bununla kifayətlənməyib Avropa hərbiçilərin gətirib sərhədə yerləşdirib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, cənab Prezident ötən gün keçirilən inaqurasiya mərasimində haqlı dedi ki, "yerindən duran vasitəçilik etmək istəyir, gedin öz işinizlə məşğul olun": "Bütün bunlar ancaq regionda vəziyyəti gərginləşdirəcək, belə kənar qüvvələr regionda mövcud olduqca sülh perspektivi də çox aşağı görünür. Ermənistan əgər istəyirsə hər hansı kənar qüvvə olmadan özü Azərbaycanla birbaşa razılığa gəlməlidir. Buna daha çox Ermənistanın ehtiyacı var, dediyim kimi Azərbaycan öz məsələsini həll edibdir, ona görə də cənab Prezident öz çıxışında bu mövzuya qısa zaman ayırıb".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə