Ermənistan hakimiyyəti nə üçün Zəngəzur dəhlizinin açılmasına mane olur? Daha doğrusu mane olan hakimiyyət yoxsa daxildəki digər qüvvvələr? SİA mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayevin fikrini öyrənib.

Onun sözlərinə görə, Ermənistanın Zəngəzurla bağlı qayğıları var: “Konkret desək Ermənistan Zəngəzur Dəhlizi ifadəsindən çox qorxur. Bunu ərazi bütövlüyünün pozulması, habelə suverenliyinə real təhdid kimi görür. Reallıq isə ondan ibarətdir ki, Zəngəzur Dəhlizi ifadəsindən qorxmaq lazım deyil. Əslində Rəsmi Bakl ilə ikili danışıqlar apararaq da bu ifadənin mahiyyətini anlamaq olardı. Azərbaycan dəhliz deyəndə burada azad bir zonanı nəzərdə tutur. Məsələn ticarət xərcləri, rüsumlar məsələsinin yumşaldılması yaxud tamamilə azad olunmasını istəyir. Burada qeyri-adi bir şey yoxdur. Ermənistan buna razı olsaydı regionun və özünün inkişafı üçün əlavə dividentlər əldə edə bilərdi”.
Ekspert bildirib ki, Azərbaycan Zəngəzur Dəhlizinin qarşılığında Rusiyaya keçmək üçün yol da təklif edirdi: “Bundan başqa regionda kommunikasiya xəttləri, enerji layihələrindən də Ermənistan pay götürə bilərdi. Amma sırf dəhliz ifadəsinə görə Ermənistanın bu qədər qorxması, narahatlıq keçirməsi və qərbdən gələn dezinformasiyalar fonunda belə bir paronayaya qapılması təbii ki, neqativ haldır. Rəsmi İrəvan başa düşməlidir ki, bu vəziyyət regionda axıra qədər davam edə bilməz. Blokada şəraitində qalması halında Ermənistanın güc və iqtisadiyyatına ciddi şəkildə zərbə dəyəcək. Azərbaycanın alternativ olaraq İranla da sazişi var və İran vasitəsilə Naxçıvana gediş-gəlişi təmin edir. Amma biz bunu Ermənistanla edərək həm məsafə həm də xərclərin azalmasını istəyirik. Gürcüstanla imzaladığımız müqavilələr Ermənistanla da keçərli ola bilərdi, amma Ermənistan bundan narahatdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB