Nəsimi Ağayevdən Berlində ETİRAZ

Nəsimi Ağayevdən Berlində ETİRAZ

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində martın 6-a planlaşdırılan erməni təbliğatına xidmət edəcək “Dağlıq Qarabağın təhlükə altında olan mədəni sərvətlərinin qorunması” tədbirinin keçirilməsinə etiraz edib. SİA xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Martın 6-da Almaniyanın Xarici Əlaqələr Şurası və "Adenauer" Fondu Berlində “Dağlıq Qarabağın təhlükə altında olan mədəni sərvətlərinin qorunması” adlı erməni təbliğat tədbiri keçirir. Ermənistanın Qarabağda və Ermənistanda Azərbaycan irsini necə məhv etdiyi barədə heç bir məlumata yer verilmir. Utancvericidir!", - səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə