"Mövcud qələbələri kölgə altına salmaq onların vərdişinə çevrilib" - PARTİYA SƏDRİ BİLDİRDİ
AXCP sədri Əli Kərimli Facebook sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, "Ordumuz qanı, canı bahasına torpaqlarımızı azad edib deyə, bu xalqa divan tutulmalıdır, milli sərvətlərimiz talanmalıdır, xalq yoxsulluğa məhkum edilməlidir və həm də bütün bunlara susmalıdır"? SİA mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin fikrini öyrənib.

Onun sözlərinə görə, Azərbaycanda bir camiə var ki, torpaqlarımızın işğaldan azad edilmə faktını həzm edə bilmədilər: “Onların həm 44 günlük İkinci Qarabağ müharibəsi və sonrasında keçirilən antiterror tədbirləri, Azərbaycanın tam olaraq suverenliyini və ərazi bütövlüyünü bırpa etdiyi dönəmdə faktiki olaraq heç bir paylaşım etmədilər. Bu məsələni Azərbaycanın qələbəsi kimi qəbul etməyə ya onları idarə edənlərin istəyiylə çəkindilər ya da hansısa daxili hissləri buna imkan vermədi. İstənilən halda bu vətənpərvərlik hissindən uzaq olmaq deməkdir.
A.Əlizadə bildirib ki, Azərbaycanın belə böyük uğuruna sevinməmək əslində elə düşmən mövqedə dayanmağa bərabərdir: “Hər vəchlə ağa qara demək, istənilən məsələni şişirdib gündəmə gətirərək hakimiyyəti qaralamaq adı altında əslində Azərbaycan dövlətinin təhlükəsizliyinə zərbə vuran açıqlamalar vermək heç kimə əlavə dividentlər və baş ucalığı gətirmir. Biz də mütəmadi olaraq bildiririk ki, ölkə daxilində problemlər var və həll olunmalıdır. Problemlərin həlli yollarını göstərir, bu istiqamətdə fəaliyyət göstəririk. Amma bub heç bir halda Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı çevrilməməlidir. Həm dövlətimizin uğurlarına sevinirik, həm də Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad etməsini çox yüksək qiymətləndiririk. Eyni zamanda da mövqeyimizi bildiririk. Bu cür yanaşma bir başqadır”.
Müsahibimiz sonda qeyd edib ki, bütövlükdə hər şeyin üzərində qara çəkərək mövcud qələbələri də kölgə altına salmaq bu camiənin vərdişinə çevrilib: “Onlar bu cür mövqe nümayiş etdirməklə gündəmdə qalmaq istəyirlər ki, bu da heç bir halda onlara uğur vəd etmir. Göründüyü kimi də getdikcə əhatələri daralır və xalqın inamını itiriblər. Bu cür davam edəcəklərsə tamamilə siyasi səhnədən silinib gedəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB