“Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib“ - ŞƏRH EDİLDİ

“Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib“ - ŞƏRH EDİLDİ

“Azərbaycan son illərdə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib. Dövlətimiz enerji resurslarını xaricə satır və bununla da biz onların enerji təhlükəsizliyi sahəsində layiqli tərəfdaşlarına çevrilmişik. Azərbaycanın apardığı xarici siyasət dövlət və xalqın marağından çıxış edən siyasətdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkiləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi: “44 günlük müharibədə qələbə çalmış Ali Baş Komandanın təbii ki, qələbəsi arzuolunan idi. Bu ilki seçkilər bütün Azərbaycanı əhatə etməsi ilə seçilirdi.
Seçkilər bitdikdən sonra da Azərbaycanla dost ölkələrin rəhbərləri ölkə başçısını seçkilərdə əldə etdiyi yüksək nəticələrə görə, təbrik etdilər və təbriklər hələ də davam edir. Bütün bunlar da bizim dünya dövltələri ilə sıx əməkdaşlığımızın olduğunu göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə