“Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkədə asan xidmətə keçən modelin tətbiqi üçün idi. Bildiyimiz kimi SHXÇDX çağırış və səfərbərliyi təmin edir. Bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi, elektron hökumətə keçid, və vətəndaşların qeydiyyat məsələləri və bu xidmətə aid olan məsələlərin operativ həll edilməsi üçün yaradılmışdır”. Bu barədə SİA-ya Səfərbərlik və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 12 yaşının tamam olması ilə bağlı danışarkən hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, SHXÇDX bu illər ərzində bir çox işlər görüb, bu gün də öz fəaliyyətini uğurla davam etdirir: “Hesab edirəm ki, bu xidmətin Azərbaycan silahlı qüvvələrində özünəməxsus yeri var. Çağırış sisteminin müasir sistemlərə uyğunlaşması, səfərbərlik işinin yüksək səviyyədə təşkili təmin edilir. Bu istiqamətdə ard-arda addımlar atılır və daha da dərinləşir. Son dövrlər SHXÇDX-nin yeni rəhbərliyinin təşəbbüsü ilə həkim tibbi komissiyasının son mərhələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bu məhz xidmətin yeni rəhbərliyinin təşəbbüsüdür. Əlilliyin təyinin ƏƏSMN tərəfindən aparılır, nazirlikdə son illər bu istiqamətdə çox böyük təcrübə var. Vahid bazanın ƏƏSMN-də olması və onların təcrübəli kadr potensialından istifadə edilməsi təşəbbüsü ilə çıxış edilib”.
Ekspert bildirib ki, xidmət gələcəkdə də müharibədən sonrakı dövr üçün yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edəcək: “Dövrün tələblərinə uyğun olaraq kadr məsələləri öz həllini tapacaq. Xidmət daha da inkişaf edəcək və qarşıya qoyulan məqsədlərə nail olacaq. Xidmət gəncləri hazırlayaraq əsgər edir, kişilik məktəbini aparır və o məktəbi keçən gənci təkrar cəmiyyətə qaytarır. Gəncliyə yeni qədəm qoymuş gənc məhz kişi kimi ölkəsinə xidmət edir və Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətini yerinə yetirir. Azərbaycan gəncləri müharibə zamanı səfərbər olmuşdu. İndi də gənclər hərbi xidmətə sevə-sevə gedirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB