İordaniya parlamentinin nümayəndələri mətbuat konfransı keçiriblər. SİA xəbər verir ki, İordaniya parlamentinin Nümayəndələr Lalatasının sədr müavini Abdelrahim Faleh Obeidallah Al-Maya, komitə sədri Mefleh Al-Rhimi, senator Amin Qatarneh, katib Nedal Alamro, Qazi Altunibat olmaqla 5 nəfərdir.
Abdelrahim Faleh Obeidallah Al-Maya: "Azərbaycan xalqına, hökumətinə demokratik şəraitdə seçkiləri keçirdikləri üçün təşəkkür edirik. Biz dünən seçki məntəqələrində olub müşahidə apardıq. Seçkilər xalqın azad iradəsi ilə şəffaflıqla keçirilirdi. Biz İordaniyanın Milli Məclisinin üzvləri seçkilərin rəvan keçirildiyinin şahidi olduq. Azərbaycan xalqı bir çox mənəvi dəyərlərə sahibdir, seçkilər də buna uyğun keçirildi. Azərbaycan xalqına, hökumətinə gələcəkdə uğurlar arzu edirəm. 14 seçki məntəqəsində müşahidə apardıq"
Qazi Altunibat: "14 seçki məntəqəsində müşahidələr apardıq. Bu günlər ərzində insanlarla ünsiyyətdə olduq. Hamıda məmnunluq gördük. Azərbaycan Prezidenti və xalqını torpaqlarını azad etdiyi üçün təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB