Belarusiya parlamentinin nümayəndəsi mətbuat konfransı keçirib - FOTO
Belarus parlamentinin nümayəndələri mətbuat konfransı keçiriblər. SİA xəbər verir ki, Belarus parlamentinin nümayəndələri sədr müavini Valeri Belski, deputat Aliaksey Kuşnarenkadır.
Valeri Belski deyib: "Seçkilərdə bu cür inandırıcı qələbənin olması göstərir ki, insanların bütün etimadlarını doğrultmuşdur: "Beynəlxalq müşahidəçilər qismində deyə bilərəm ki, Qarabağda olduq. Burada seçkilər çox yüksək səviyyədə idi və insanlar xoş əhval-ruhiyyədə idilər. Hamı səs verdikdən sonra iş yerlərinə qayıtdılar. Çünki Qarabağın yenidən qurulmasında iştirak edirdilər. Eyni zamanda MSK üzvləri bizi dəstəkləyir, lazım olan məlumatların əldə olunmasında şərait yaratmışlar. Bu prosesin həyata keçirilməsində rolu olan hamıya təşəkkürümü bildirirəm. Seçicilərin yüksək reytinqini demək istəyirəm. Onlar öz liderləri ətrafında birləşdilər. Belarus olaraq demək istəyirəm ki, başqa dövlətlərdə də baş verən seçki proseslərində iştirak etmişəm, onlarda bu prosesin səviyyəsi Azərbaycandan çox aşağı idi. Bəzi dövlətlərdə prezident seçkilərində insanlar cəmi 34% səsvermədə iştirak edirlər. Rusiya ilə qonşu olan bir dövlətdə 51% səs toplanmışdı. Kütləvi informasiya vasitələrinə üz tutaraq başqa dövlətləri Azərbaycana gəlməyi, seçki prosesinin necə yüksək səviyyədə keçirilməsini görmələri üçün dəvət edirəm. Azərbaycanda keçirilən seçkilər şəffaf keçirildi. Azərbaycan Respublikası demokratik prinsiplərin dünya miqyasında yüksək keçirilməsi kimi öndədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB