"Hər kəs qürurlu, əmin addımlarla seçkiyə gəlirdi"

"Hər kəs qürurlu, əmin addımlarla seçkiyə gəlirdi"

Bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra keçirilən ilk seçkidə iştirak etmənin sevincini yaşadıq. Qələbə hissi seçki məntəqəsində də hiss edilirdi. Hər kəs qürurlu, əmin addımlarla seçkiyə gəlirdi.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Yıldız Teknik Universitetinin tələbəsi, həmyerlimiz Altay Mirzəliyev bildirib.

Bir azərbaycanlı olaraq seçkidə iştirak etməyi özünə borc bildiyini vurğulayan Altay deyib: “Təhsilimizi bitirdikdən sonra Vətənimizin gələcəyi uğrunda atılacaq hələ çox addımda biz gənclər də iştirak edəcəyik. Azərbaycan son illər çox böyük tarix yazdı. Vətən müharibəsi və Zəfərimiz hər birimizin qürur mənbəyidir. Bu, qürurverici hadisələrdən sonra biz də layiqincə öz seçimimizi etdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə