Bu yaxınlarda 18 yaşım tamam olub və ilk dəfədir ki, seçkilərdə iştirak edirəm. Bu, qəlbimi fərəh hissi ilə doldurur.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Varşavada təhsil alan azərbaycanlı tələbə Əzizə Hüseynli Azərbaycanın Polşadakı səfirliyində yerləşən seçki məntəqəsində səs verərkən deyib.
Tələbə qız əlavə edib: “Bu gün növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə təkcə ölkəmizdə keçirilmir, Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimiz, o cümlədən xaricdə təhsil alan tələbələr də böyük qürur hissi ilə bu prosesdə iştirak edirlər. Azərbaycanlı gənclərin hər biri ölkəmizin gələcəyi naminə, qüdrətli Azərbaycanın tərəqqisi və çiçəklənməsi üçün səs verir. Şübhə yoxdur ki, xalqımız bu vəzifəyə ən layiqli namizədi seçəcək. Yaşasın müstəqil və vahid Azərbaycan!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB