Müşahidəçi: "Hər kəs rahat və şəffaf şəkildə səsini verir" - FOTO
Bu gün seçicilərin fəallığı 36 saylı Xətai - Suraxanı seçki dairəsinin 31 saylı məntəqəsində də görünürdü. Məntəqə sədri Gülşən Yusubova bütün seçki prosedurunun qanunauyğun qurulduğunu diqqətə çatdırıb.
Müşahidəçi Ülkər Quliyeva isə SİA-ya açıqlamasında bildirib ki, bu gün səhər saatlarından seçicilərin fəallığı hiss olunur və onlar öz səsvermə hüququndan azad, şəffaf şəkildə istifadə edirlər: "Bizim məntəqədə də MSK-nın tələblərinə uyğun seçki prosesi həyata keçirilir və heç bir qanun pozuntusunun şahidi olmamışam. Əminəm ki, hər kəs rahat və şəffaf şəkildə səsini verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB