"Seçicilərin fəallığı davam edir" - SƏDR

"Seçicilərin fəallığı davam edir" - SƏDR

"Bu gün səhər 08:00-da başlayan seçki prosesi davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında 23 saylı seçki dairəsinin 36 saylı məntəqəsinin sədri Vurğun Məmmədov deyib.

O bildirib ki, 470 seçici bu saata qədər iştirak edib: "Bu gün növbədənkənar prezident seçkiləri çox aktiv və şəffaflıqla başladı. Özünüz də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı seçki məntəqəsində oldunuz və prosesləri yaxından izlədiniz. Seçki hələ də davam edir. Seçicilərin fəallığı davam edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə