14 saylı Xəzər-Pirallahı seçki dairəsinin 35 saylı seşki məntəqəsində seçici fəallığı - FOTOLAR

14 saylı Xəzər-Pirallahı seçki dairəsinin 35 saylı seşki məntəqəsində seçici fəallığı - FOTOLAR

Bu gün müstəqil Azərbaycanın tarixi ərzində çox mühüm hadisə yaşanır. 30 illik gənc və həm də qədim diyarımızda ilk dəfə ərazi bütövlüyümüzün tam olaraq bərpa edildiyi vaxtda prezident seçkiləri keçirilir. Artıq ölkəmizin hər bölgəsində seçki məntəqələri fəaliyyət göstərir. Bu, Azərbaycan prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq. 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verirlər. Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib. Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Həmçinin, 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi iştirak edir. Veb-kameralar bu gün saat 07:30-da işə salınıb və seçki məntəqəsində bütün proseslər bitənə qədər onlayn şəkildə fəaliyyət göstərəcək.

14 saylı Xəzər-Pirallahı seçki dairəsinin 35 saylı seşki məntəqəsində də seçici fəallığı müşahidə olunur. Seçki məntəqəsinin sədri Xavər İsmayılova və üzvlər seçicilərin səs verməsində şəffaflığı təmin etmək üçün var qüvvələri ilə çalışırlar. Prezidentliyə namizədləri təmsil edən nümayəndələrin müşahidəçi kimi fəaliyyət göstərməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda yaşlı insanların, məntəqəyə gəlmək imkanı olamyan seçicilərin səsvermə hüququnu təmin etmək üçün səyyar qutulardan da istifadə edilir. Seçki dairəsində ən yaşlı seçicilərdən olan və həm də uzunömürlü ailə kimi tanınan 98 yaşlı Məsmalı Mustafayev və onun 90 yaşlı həyat yoldaşı Pakizə Ömər qızı səs veribllər.

Qeyd edək ki, seçki dairəsində qeydiyyatda olan seçicilərin sayı 1409 nəfərdir. Saat 11:19-a olan məlumata görə 400-dən artıq seçici səsvermə hüququndan istifadə edib. Bu da seçici fəallığı deməkdir.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə