“Böyük həvəs və sevinclə bu seçkidə iştirtak edirəm. Sərbəst və rahat şəkildə səs vermək üçün bütün lazımi şərait yaradılıb”. SİA xəbər verir ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən səfirliyimizin binasında yerləşən seçki məntəqəsində səs verən azərbaycanlı tələbə Turhan İbrahimli deyib. Ankara Universiteti Hüquq fakültəsində təhsil alan T.İbrahimli ilk dəfədir səs verdiyini bildirib:
“Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşı kimi ilk dəfədir səs verirəm. İlk səsverməmin qardaş ölkədə reallaşması xüsusi ovqat yaradıb. İnanıram ki, seçkilərin nəticəsi Azərbaycanın daha yüksək inkişafı üçün yeni mərhələ formalaşdıracaq”.
T.İbrahimli Türkiyədə yaşayan azərbaycanlıların səsvermə prosesində aktiv iştirakına da toxunub. Gənc tələbə bildirib ki, Türkiyənin fərqli ərazilərində formalaşdırılan seçki məntəqələrində gün ərzində səs vermək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB