Türkiyə MSK-nın sədri Azərbaycana gəlib

Türkiyə MSK-nın sədri Azərbaycana gəlib

Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener prezident seçkilərini izləmək üçün Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, o, bir sıra məntəqələrdə səsvermə prosesini izləyir.

A.Yener azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşəcək.

Xatırladaq ki, bir sıra ölkələrin MSK sədrləri prezident seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə