Suraxanı rayonunun Yeni Günəşli kəndində seçki məntəqələrinə seçici axınının çoxluğu müşahidə olunur. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, seçicilər məntəqələr açılmamış məntəqələrə gəlib və səsvermənin başlanmasını gözləyirlər. Məntəqələrin açılması ilə seçicilər prezident seçkilərində fəal şəkildə səs verməyə başlayıblar.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB