"Azad edilmiş ərazilərdə 23 minə yaxın seçici səs verəcək" - MSK SƏDRİ
“İlk dəfə müstəqil Azərbaycanın dünya miqyasında tanınan əraziləri daxilində seçkilər keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə yaradılıb, həmin məntəqələrdə 23 minə yaxın seçici səs verəcək”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının növbədənkənar Prezident seçkiləri ilə bağlı mətbuat konfransında çıxışı zamanı MSK sədri Məzahir Pənahov deyib.
Sədr bildirib ki, səsvermənin gedişini 4 qurum izləyəcək: “Bunlardan 3-ü yerli, 1-i isə ABŞ-ni təmsil edən qurumlardır. 19:00-da məntəqələr bağlanacaq və səsvermə başa çatdıqdan sonra seçki məcəlləsinə müvafiq olaraq addımlar atılacaq”.
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB