Avropa təklənməkdən qorxur - REALLIQ

Avropa təklənməkdən qorxur - REALLIQ

NATO ölkələri gələcəyi ABŞ-sız müzakirə ediblər

Həmişə Amerikaya ümidlə və qoruyucu mələk, güclü qalxan kimi inamla baxan Avropa liderləri indi artan narahatlıqla gözlərini başqa ünvanlara dikiblər. İşlər elə cərəyan edir ki, Donald Tramp payızda yenidən Ağ Evi ələ keçirə bilər. Və o, müttəfiqlərin, onun fikrincə, ABŞ-ın boynuna mindiyi Şimali Atlantika Alyansının güclənməsinə sərmayə yatırmağa qətiyyən həvəsli olmadığını dəfələrlə bəyan edib. Son prezidentlik dövründə Tramp amerikalı vassallar arasında ajiotaj yaradıb, onlara ultimatum qoyub: ya müdafiə xərclərini artırsın, ya da Amerikanın köməyi olmadan qalsın. NATO üzvləri (hamısı yox, bacaranlar) gərginləşərək tələbi yerinə yetiriblər. Amma prezidentlik yarışının lideri sakitləşmir, ABŞ-ı alyansdan tamamilə çıxarmaqla hədələyir. Onun bir mitinqdə dediyi ifadəyə baxın: “NATO ölübsə, biz onu tərk edəcəyik”. Trampın və onun arxasında duran respublikaçıların Birləşmiş Ştatların daxili problemlərinə diqqət yetirərək Ukraynaya maliyyə və hərbi yardımı dayandırmaq niyyəti bəzi dövlətlərin, ümumiyyətlə, Avropa elitalarının heyvani dəhşətinə səbəb olub.

The New York Times Almaniya və blokun digər üzvlərinin yeni reallıqlarda necə davranacaqlarına dair pərdəni qaldırıb. Nəşr hətta keçən il öz mənbələrinə istinadən yazır ki, NATO sıralarında birlik hökm sürürdü və hamı Ukraynanın erkən qələbəsini gözləyirdi, lakin son vaxtlar “heyrətləndirici” hadisə baş verib. Almaniya rəsmiləri hazırda Avropanın təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olacaq “yeni, mürəkkəb və narahatedici dünyanın” meydana çıxmasını müzakirə edirlər. Kansler Olaf Şolz və müdafiə naziri Boris Pistorius bilirlər ki, Amerika könüllü olaraq kölgəyə gedərsə, Kiyev rejiminə ABŞ-dan sonra ikinci ən böyük donor olan Almaniya Ukraynaya dəstəyin ən ağır yükünü çəkəcək. Zəifləyən Almaniya iqtisadiyyatının keçən il 0,3 faiz kiçildiyini və bu il də təxminən analoji enişin gözlənildiyini nəzərə alsaq, nəticənin almanlar üçün nə qədər acınacaqlı olacağını göz önünə gətirə bilərik.

Ümumiyyətlə, Berlinin bu vəzifənin öhdəsindən təkbaşına gələ biləcəyi mümkünsüz görünür. Qitədəki digər ölkələr də Zelenskiyə və onun ölkəsinə ciddi sərmayə qoymağa tələsmirlər. Bunu, "Rusiya ilə qaçılmaz müharibə" kimi dəyərləndirilər və bu yükün altından çıxmağın nə qədər çətin olduğunu deyirlər.

Almaniyanın kəşfiyyat xidmətinin rəhbəri Bruno Kahl “The New York Times” qəzetinə açıqlamasında “Ukrayna təslim olmağa məcbur olsa, bu, Moskvanın hakimiyyət iddiasını təmin etməyəcək” deyib. Yəni, Qərb özünü müdafiə etmək istəyini açıq şəkildə nümayiş etdirməyincə, Putinin NATO-ya hücum etməmək üçün heç bir səbəbi olmayacaq. Berlinin “Şərqdən gələn təhlükəyə” qarşı çıxmaq üçün Avropanın bir növ vahid ordusunun yaradılmasında lider rolunu oynayacağı gözlənilir. Lakin Şolz hələ də tərəddüd edir və Amerika qəzeti bunun səbəbini amansız səmimiyyətlə izah edir. Məqalədə deyilir: “Sovet İttifaqının dağılmasından sonrakı onilliklər ərzində almanların əksəriyyəti Almaniyaya Rusiyaya qarşı deyil, onunla işləməyin daha yaxşı xidmət edəcəyi fikrinə alışıblar”. Məhz buna görə də kansler Ukraynanın Şimali Atlantika Alyansına mümkün daxil olmasını təsdiqləməyə və ya Kiyevi uzaqmənzilli “Taurus” raketləri ilə təchiz etməyə tələsmir.

Düzdür, Şolzun qərarsızlığına baxanda, “strateji Avropa muxtariyyəti”nin yaradılmasının tərəfdarı olan Fransa prezidenti Emmanuel Makron Amerikanın əlindən almasına icazə verərsə, “Köhnə Dünya”da transatlantik bayrağını götürməyə hazırdır. Amma “The New York Times” qəzetinin yazdığına görə, bu ideya hələ çox tərəfdar tapmayıb.

Donald Trampın ABŞ prezidenti olacağı təqdirdə NATO-nu Avropada (yeri gəlmişkən, bu il blokun 75 yaşı tamam olur) hansı aqibət gözlədiyini söyləmək hələ tezdir. Amma ölkələrin hər bir halda müdafiə qüdrətini gücləndirməyə ehtiyacı olması şübhə doğurmur.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə