Müstəmləkəçi Hollandiyanın Azərbaycanı ittiham etməyə haqqı çatmır - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanın böyük qələbəsini, öz ərazi bütövlüyü və suverenliyini təmin etməsini həzm edə bilməyən ölkələrdən biri də Hollandiyadır. Məlumdur ki, 2020-ci il 44 günlük Vətən müharibəsi dövründə Hollandiya Ermənistanın vəkili qismində çıxış edirdi. Müharibə başa çatdıqdan sonra bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev də Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qərarına kəskin etirazını bildirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Deputat sözlərinə belə davam edib: “Bu yaxınlarda isə bu ölkənin Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin ilk iclasında XİN başçısı Hanke Bruins Slot Azərbaycanla bağlı qərəzli və absurd fikirlər səsləndirərək reallıqları təhrif edib. Azərbaycanı Ermənistana qarşı etnik təmizləmədə ittiham etməyə çalışan Slot hətta Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalara hazır olmağa səsləyən cəfəng fikirlər də səsləndirib. Təbii ki, bu iddiaların hər biri növbəti dəfə faktların kobud təhrifidir.
Azərbaycan Ermənistandan fərqli olaraq, 30 il yalnız öz ərazilərinin azad olunmasına çalışıb. Hüquqları pozulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması istiqamətində mübarizə aparıb. Amma hollandiyalı deputat və ya nazirlər bu müddətdə 30 il davam edən işğalı və onun ağır nəticələrini görmək istəməyiblər. Bu təvacüz siyasətinə görə Ermənistana qarşı sanksiyaların tətbiqi yada düşməyib. Əksinə, 2014-cü ildə Hollandiyada qondarma “erməni soyqırımı” abidəsinin qoyulmasına etiraz edən Azərbaycan-Türk diasporu fəallarına cinayət işi açılıb, 2018-ci ilin fevralında Holland parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb. 44 günlük savaşdan sonra Hollandiya Parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qərar qəbul etdi. Bu gün Azərbaycanın haqq işini qəbul etmək istəməyən Hollandiyanın yanaşması təbii ki, beynəlxalq hüquqa deyil, ikili standartlara söykənir. Biz bu qərəzli yanaşmanı rədd edirik. Əsrlər boyu uzaq İndoneziya, Seylon, Şimali Amerika ərazilərini əsarətdə saxlayan, bu gün də koloniyaların qaldığı Hollandiya özünün müstəmləkəçilik tarixini unutmamalıdır. Bu ölkənin Azərbaycanı əsassız yerə ittiham etməyə haqqı çatmır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB