“Qardaş ölkə münasibətlərinə xələl gətirəcək hər hansı bir mövqe yolverilməzdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Bütün beynəlxalq platformalarda qardaş Türkiyə Azərbaycanın mövqeyinə uyğun davranır. Həmçinin, Azərbaycan beynəlxalq tədbirlər və platformalar çərçivəsində Türkiyənin maraqlarını qətiyyətlə müdafiə edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, Azərbaycanla Türkiyə münasibətlərinin səciyyəvi cəhətini göstərən əsas amillərdən biri də məhz onların biri-birini hər zaman müdafiə etməsindən ibarətdir:
“İki qardaş ölkə hər zaman fəaliyyətlərini öz maraqları çərçivəsində uzlaşdırmağı bacarırlar. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq qurmağı bacarıblar.
AŞPA çərçivəsində Türkiyənin mövqe ilə bağlı Real partiyasının səsləndirdiyi fikirlər iki ölkənin münasibətlərinin xarakterinə heç uyğun gəlmir. Azərbaycanla Türkiyə biri-birlərinin mövqelərini heç bir şərtə və şəraitə baxmadan, inamla müdafiə edirlər.
44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdəki mərhələdə Türkiyə rəsmiləri açıq şəkildə Azərbaycana mənəvi və siyasi dəstək nümayiş etdirdilər. Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər və bunu beynəlxalq təsirli platformalardan da daim müşahidə etdik. Bu baxımdan, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək hər hansı bir mövqenin ifadə olunması yolverilməzdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB