"Əli Kərimli kimi açıqlamalar və bəyanatların verilməsi qəbuledilməzdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əli Kərimli kimi açıqlamalar və bəyanatların verilməsi qəbuledilməzdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hamı qanun qarşısında bərabərdir. Hansı cinayət törətməsi və ya hansı hüququ pozmasından asılı olmayaraq hər kəs mütləq qanun qarşısında cavab verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, məhkəmənin qərarına hər kəs hörmətlə yanaşmalıdır: “Bu mənada Əli Kərimli kimi açıqlamalar və bəyanatların verilməsi qəbuledilməzdir. Bu gün Azərbaycanın daxil olduğu həssas bir məqamda, bütün dünya güclərinin Azərbaycana qarşı qərəzli bəyanatları fonunda ölkə daxilində də bəzilərinin bu cür mənfi bəyanatlar səsləndirməsi dövlətçiliyə ziddir. Prezidentliyə namizədlik məsələsi isə açıq bir yarışdır. Burada sərt fikirlər də, tənqidlər də ola bilər. Lakin gedən debatlarda hər hansı tənqidin deyil şişirdilmiş məsələlərin şahidi oluruq. Yenə də ayrı-ayrı şəxslər prosesdən öz məqsədləri üçün yararlanmağa çalışırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə