"Avropa İttifaqı Fransanın, Almaniyanın alətinə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ
"Məlum olduğu kimi son vaxtlar Avropa Şurasının, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli və ikili standartları ən pik həddə çatmışdı". Bu barədə SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, son addımlar, qərarlar bu qərəzi açıq-aydın göstərirdi: "Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, Azərbaycanla bağlı qəbul edilən qərarlar Azərbaycanın bu istiqamətdə qərarlar qəbul etməsini zəruri edirdi. Biz müstəqil, qürurlu dövlətik, bu ittihamları heç zaman qəbul edə bilməzdik. Ona görə də Azərbaycan haqlı olaraq öz qəti mövqeyini bildirdi. Bu qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı".
Onun sözlərinə görə, özünü Avropanın aparıcı qurumlarından biri kimi təqdim edən Avropa İttifaqı bu gün Fransanın, Almaniyanın alətinə çevrilib: "Azərbaycana qarşı bu qurum tərəfindən davamlı olaraq əsassız qərarlar qəbul edilir, addımlar atılır. Biz özümüzə hörmət edən dövlətik, istənilməyən yerdə olmarıq. Bu qurum nə vaxtadək məsələrə bu cür yanaşacaq, Azərbaycan qurum çərçivəsində fəaliyyətini dayandıracaq və bu məsələlərə qəti etirazını bildirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB