"Qərəzli qətnamə Fransanın iç üzünü göstərir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qərəzli qətnamə Fransanın iç üzünü göstərir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Fransanın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzli, haqsız, ədalətsiz, beynəlxalq hüququn ziddinədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, həmin qətnamə bizim üçün birdəfəlik istifadə olunan kağız parçasından başqa bir şey deyil: "Bu qətnamə bir daha göstərir ki, bu gün Fransaya rəhbərlik edən adam Fransanın iç üzünü açıb göstərir. Fransanın bütün tarixi işğalçılıq, müstəmləkəçilik tarixidir. Törətdiyi soyqırımlar, insanlara qarşı törətdiyi vəhşiliklərdir. Qətnamə də Fransanın növbəti dəfə belə mövqeyini bəyan edir ki, Fransa dəyişməyib, soyqırımlar törədən, işğalçı ölkə kimi qalıb. Burada məqsəd Azərbaycana təzyiqlər göstərmək, Azərbaycanı ermənilərin xeyrinə nəyəsə məcbur etmək, Azərbaycandan nələrsə əldə etməkdir".

O, əlavə edib ki, bu uzun illər ərzində Azərbaycan belə murdar, ədalətsiz mövqelərə çox məruz qalıb, hamısını da dəf edə bilib. Bunların da qarşısını alıb, yenə qalib gələcəyik. Çünki biz fəaliyyətimizdə beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və öz konstitusiyamıza əsaslanırıq. Bizim mövqeyimiz ədalətlidir. Bizə qarşı Fransa, Avropa Şurası Parlament Assambleyası, digərləri ədalətsiz mövqeləri ilə özlərinin iç üzünü açıb göstərirlər. Bunlara sinə gərmək üçün bizim yeganə yolumuz var, daha da güclü olmaq, ədalətsiz düşmənlərimizə qalib gəlmək. Belə də olacaq ".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə