"Makronun yanındakılar da elə onun ağılda olacaq” - POLİTOLOQ BİLDİRDİ

"Makronun yanındakılar da elə onun ağılda olacaq” - POLİTOLOQ BİLDİRDİ

“Fransa demək olar ağlını itirib. Makronu bilirdik ki, Azərbaycana nifrət edir, indi isə ölkənin artıq qeyri-normal adamların əlində olduğuna tam əminik”. Bu barədə SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətin bu qədər ucuz sensasiyaya getməsi, belə xırda populizmlə məşğul olması Fransaya baş ucalığı gətimir: “Fransa parlamentinin qəbul etdiyi qərarın nə hüquqi, nə siyasi əsası, nə də məntiqi var. Hansısa dövlət öz ərazisini işğal etmir, Azərbaycan BMT-yə 1992-ci ildə bu ərazilərlə daxil olub. Burada Dağlıq Qarabağın işğalından söhbət gedə bilməz. Bu tamam ayrı bir şeydir. Görünən odur ki, onlar erməni mafiyasının verdiyi pullara uyğun olaraq bu qərarı qəbul ediblər. Hələ bu azmış kimi Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə ittiham edirlər. Makronun yanındakılar da elə onun ağılda olacaq”.

Politoloq bildirib ki, Fransa ABŞ-nin tapşırığını yerinə yetirir, ancaq çox uğursuz həyata keçirir: “İndi də Almaniya bura qoşuldu. Çünki Almaniya həmişə ABŞ-nin əlində dəstəmuz olub. Fransa parlamentinin qəbul etdiyi qərarın Azərbaycanın siyasi iradəsinə heç bir təsiri olmayacaq. Burada əsas məqsəd növbədənkənar prezident seçkiləriqabağı Azərbaycan daxilində çaşqınlıq, müəyyən gərginlik yaratmaqdır. Bununla da gələcəkdə Azərbaycana iftira atmaq üçün müstəvi hazırlayırlar amma Azərbaycan xalqı bunu çox gözəl başa düşür. Çünki heç bir hüquqi, siyasi, məntiqi əsası olmayan qərarların Azərbaycana heç bir dəxli yoxdur”.

C.Nuriyev sonda qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şursasının daimi üzvü olan bir dövlətin başqa dövlətin daxili işinə qarışması beynəlxalq hüququ pozmaq deməkdir: “Azərbaycan parlamenti çox gözəl cavab verdi. Düşünürəm ki, Azərbaycan Fransaya qarşı bütün sahələrdə iqtisadi, siyasi boykot həyata keçirməli, Fransadakı səfirini danışıqlar üçün Bakıya dəvət etməli, Fransanın Bakıdakı səfirliyinə təqdim olunan notanın ardını gətirməlidir. Fransa dövlətinin özü Azərbaycana “persona-non-grata” elan olunmalı, bütün diplomatik əlaqələr kəsilməlidir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə