Ombudsman Aparatının kollektivindən Şəhidlər xiyabanını ziyarət

Ombudsman Aparatının kollektivindən Şəhidlər xiyabanını ziyarət

Yanvarın 20-də Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə tər güllər düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə