"Azərbaycan İslam dünyasının birləşməsinə töhfələr verir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Azərbaycan İslam dünyasının birləşməsinə töhfələr verir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Şuşanın İslam dünyasının paytaxtı elan olunması Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən mədəniyyət paytaxtımıza xüsusi ehtiramın ifadəsidir”. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, Şuşa İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır: “Son üç ildə Şuşa şəhəri mədəniyyət paytaxtı elan olunur. 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu”.

Millət vəkili bildirib ki, “Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının paytaxtı oldu: "2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və paytaxtın açılışı mərasimi olacaqdır. Bu, islam dünyasının tariximizə və mədəniyyətimizə verdiyi yüksək dəyər kimi hesab edirəm. Şuşa şəhəri qədim mədəni və islam dini tarixi ilə zəngindir. İslam dünyasının mədəniyyət paytaxtı çərçivəsində Şuşada çoxlu sayda tədbirlər keçiriləcək və bu tədbirlərdə İslam dünyasından çoxlu qonaqlar iştirak edəcəklər. Şuşaya gələn hər bir qonaq bu şəhərin azərbaycanlılar üçün nə qədər əziz olduğunu əyani şəkildə görəcəklər və mədəni tarixi irsimizlə yaxından tanış olacaqlar. Bu şəhər çoxlu sayda elm və mədəniyyət adamların yurdudur. Burda beynəlxalq əhəmiyyətli mədəni kütləvi tədbirlərin keçirilməsi Şuşada dünyaya göz açmış mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş korifeylərin ruhlarını şad edəcəkdir. Şuşanın mədəniyyət paytaxtı olması mədəni tədbir olsa da həm də bu hadisənin böyük siyasi əhəmiyyəti var. Azərbaycan İslam dünyasının birləşməsinə və həmrəylik nümayiş etməsinə töhfələr verir. Şuşada islam dünyası mədəniyyət sahəsində bir həmrəylik nümyaiş etdirəcək. Mədəniyyət sahəsində əldə olunan həmrəylik beynəlxalq siyasi arenada davam etdiriləcək və bu da dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verəcəkdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə