"Gerb ölkəmiz və dövlətimiz haqqında təsəvvür yaradır” - DEPUTAT DANIŞDI
“Dövlət gerbimizin hazırlanmasına dair ilk təşəbbüs hələ cümhuriyyət dövründə olub. Müsabiqə elan edilməsi barədə qərar qəbul edilib, lakin bu işi başa çatdırmaq mümkün olmayıb. Sonrakı dövr Sovet hakimiyyəti illərində Azərbaycan SSR-nin məlum gerbi olub. Müstəqil olmadığımız zamanda Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin qəbul edilməsi barədə Azərbaycan Parlamentinə müraciət edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, bundan bir neçə il sonra 1993-cü il yanvarın 19-da dövlət gerbimiz haqqında konstitusiya qanunu qəbul edilib: “Gerbimiz bizim dövlət müstəqilliyimizin rəmzidir. Gerbimizdə olan bütün işarələrin hər birinin mənası var. Bu işarələr, şəkillər tariximizi və bu günümüzü əks etdirir. Gerb ona ilk dəfə baxan şəxsdə ölkəmiz və dövlətimiz haqqında təsəvvür yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə