"İlham Əliyev regionda işlərin gedişi ilə daim ciddi formada maraqlanır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"İlham Əliyev regionda işlərin gedişi ilə daim ciddi formada maraqlanır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Prezident İlham Əliyevin Neftçala və Lənkərana səfəri dövlət rəhbərinin regionlarda keçirdiyi ənənəvi görüşlər, yeni iqtisadi obyektlərin açılması, yeni istehsal müəssisələrinin açılışı, vətəndaşlara xidmət göstərən mərkəzin açılışıdır”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, bütün bunlar onu göstərir ki, iqtidar daim xalqla bir yerdədir: “Cənab Prezident regionlarda işlərin gedişi ilə daim ciddi formada maraqlanır, açılışında iştirak edir, öz gözü ilə gedib baxır. Bu xalqın özü üçün də böyük bir stimuldur ki, ölkə rəhbəri gəldi, baxdı, bəyəndi. Əgər orada nəsə səhv olsa ölkə başçısı təbii ki, onu qeyd edib deyəcək, yaxud da həmin qurum rəhbərlərini çağırıb tənqidini bildirəcək”.

R.Quliyev bildirib ki, bu kimi müsbət hallar artıq Azərbaycanda ənənədir: “2003-cü seçiləndən bu yana regionlara yüzlərlə səyahətlər edib, baxıb, öz gözü ilə görüb. İnsanlarla təmasda olub, suallarını eşidib, təkliflərini dinləyib. Bu Azərbaycan iqtidarının siyasətidir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə