“Bölgələrdə su sisteminin yenilənməsi ilə bağlı daim yeni işlər görülür” - MÖVQE BİLDİRİLDİ
“Ölkə başçısının vaxtaşırı regionlara səfərləri hər zaman həmin bölgələrin sosial-iqtisadi inkişaf məsələləri ilə sıx bağlı olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu gün Prezidentin Neftçala və Lənkərana səfəri zamanı yeni sənaye müəssisələrinin açılması, infrastruktur layihələrinin həyata keçirilməsi diqqəti cəlb edir: “Neftçalanın su sisteminin yenidən qurulması yerli əhalinin keyfiyyətli su ilə təmin edilməsində böyük rol oynayır. Birinci dəfə deyil ki, bu və ya digər şəhər və rayonumuzdə su sistemi kökündən dəyişdirilir. Azərbaycan su sistemi Sovet dövründə qurulub və ötən dövr ərzində bəzi yerlərdə artıq istismar müddəti başa çatıb. Su sisteminin yenilənməsi ilə bağlı daim yeni işlər görülür. Bunlardan biri də Neftçalanın su şəbəkəsinin yenidən qurulması oldu. Əlbəttə ki, ölkə rəhbərinin səfəri zamanı həm Lənkəran, həm də Neftçalanın sosial-iqtisadi inkişafı ilə bağlı digər məsələlər də cənab Prezidentin diqqətində olub. Bütün bunlar əhalinin sosial rifahının yüksəldilməsi, insanların daha rahat şəraitdə yaşaması məsələlərinin daim diqqət mərkəzində olduğunu göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB