"Türkiyənin terrorla mübarizəsi beynəlxalq hüquqdan qaynaqlanır" - TÜRKİYƏLİ GENERAL AÇIQLADI
“Türkiyənin hazırda həyata keçirdiyi antiterror əməliyyatları İraqın “Pençe-Kilit” hərəkat bölgəsində və Suriya hərəkat sahəsində aparılır. Bu fəaliyyətlər terroru sərhəddən kənarda, təqribən 20-32 km təhlükəsiz sahə yaratmağa yönəlib”. Bu barədə SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
Onun sözlərinə görə, əməliyyatlar gerçəkləşdiyi təqdirdə terrorçuların Türkiyəyə girməsinin qarşısı alınır: “Amma bu terrorçu qruplar yeni taktikalar, fəaliyyətlər icra edirlər. Ən son edilən 3 hücum intihar hücumu idi. Bu PKK/PYD-nin keçmişdə həyata keçirdiyi bir əməmiyyat deyil. Çünki bu hücumlarda geri dönməyəcəklərini bilirlər. O hücumda iştirak edənlərdən sağ qalan olmadı”.
Y.Karauz bildirib ki, terrorçu qruplaşmaların arxasında DAEŞ-i quranlar var: “İraq hərəkat sahəsində İran, ABŞ, Fransa, İraqdakı Bərzani və Tələbani hakimiyyəti var. Suriya hərəkat sahəsində isə ABŞ, Fransa, koalisiya qüvvələri və Rusiya var. Dolayısı ilə bu İraq və Suriyanın tamamında bir “terroristan”, dənizə çıxışı olan bir terror dövləti yaratmağı, kimin məqsədinə xidmət edirsə ordakı enerji qaynaqlarını 50-100 il daha sömürmək üçün bir mübarizədir. Terror təşkilatını da bu məqsədlə bir maşa olaraq istifadə etməyə davam edirlər. Türkiyənin əslində terror və terrorçu ilə mübarizəsi 40 illik bir mübarizədir. Terrorçuları daha əvvəl də ən az 5-6 dəfə tamamilə məhv etməyimizə baxmayaraq dəstək terrorizm xarici dəstəkli olduğu üçün təkrar dəstəklənmişdir. Əvvəllər çox sadə bir təchizatla fəaliyyət göstərən terror təşkilatları bu gün ABŞ-nin təmin etdiyi şəxsi təchizat, birlik təchizatı, kəşfiyyat dəstəyi ilə İraq və Suriyanı dizayn etmək, “terroristan” dövləti qurmaq üçün fəaliyyət göstərirlər. Türkiyə son terrorçu qalana qədər terrorizm və terrorçularla mübarizə aparmağa davam edəcək. Başlanğıc olaraq da 2016-cı ildən sonra 5 böyük əməliyyat həyata keçirilmişdir. Türkiyənin terrorla mübarizəsi beynəlxalq hüquqdan qaynaqlanır. Kimdənsə də icazə almasına gərək yoxdur. Azərbaycanın Türkiyənin terrorla mübarizəsinə verdiyi dəstək üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarıq”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB