"Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ
“Azərbaycan daxil olduğu BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və başqa ölkələrin ərazi suvernliyinə qarşı cəhdləri qəbul etmir. Dünya birliyi tərəfindən Çin Xalq Respublikasının ərazisi kimi tanınan Tayvanda keçirilən seçkilər də bu baxımdan legitim sayıla bilməz və hüquqi əsası olmayan aktdır. Bu, Çinin ərazi suverenlyinə qarşı hörmətsizlik olduğundan Azərbaycan Tayvnadakı seçkiləri tanımır. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Çinlə bərabərhüquqli siyasi əlaqələr qurub: “Ulu öndərimiz Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri yüksək səviyyəli əlaqələrin əsasını qoyub. Sonrakı illərdə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə dayanıqlı münasibətləri daha da möhkəmləndirib.Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir. Tarixi Zəfərdən sonra da Pekin Azərbaycanın azd edilmiş ərazilərində quruculuğa töhfə vermək niyyətindədir”.
A.Hüseynov qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası da son illərdə artmaqdadır: “Yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstəribdir. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. Bu amil sözsüz ki, qarşılıqlı sərmayə qoyuluşlarının dinamikasına da öz təsitrini göstərib. Hazırda Çinin müəllifi olduğu “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycandır və bu dəhlizin strateji önəmi ölkəmiz üçün böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB