"Köç prosesi Azərbaycan dövləti tərəfindən ən layiqli formada həyata keçiriləcək". - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Vətən müharibəsində qələbəsi və antiterror tədbirlərindən sonra öz dövlət suverenliyi 100% təmin etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan bununla da dünyanın ən qürurlu, vüqarlı xalqına çevrildi: "Paralel olaraq 2020-ci il qələbəmizdən sonra işğaldan azad edilmiş Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonlarında çox böyük bərpa, quruculuq, tikinti işləri görülür. Bu işlər çərçivəsində cənab prezident tərəfindən irəliyə vəzifə kimi qoyulmuş "Böyük qayıdış" konsepsiyası icra olunmağa başlayıb. Dövlətimiz, bir neçə dost dövlətlərin şirkətləri azad edilmiş bölgələrimizdə yaşayış binaları, ağıllı kənd və şəhər konsepsiyaları icra edirlər. Füzulidə, qismən Şuşada, Laçında məskunlaşma prosesləri həyata keçirilir. Dövlət başçısının dediyi kimi 2026-cı ilin sonuna qədər həmin bölgələrimizə 140 min vətəndaşımız qayıdacaq. Bu proses gələcəkdə də davamlı olacaq. Çünki həmin bölgələrdə insanlar yüz, min illərlə yaşayıblar, bundan sonra da daimi yaşayacaqlar. Bu proses Azərbaycan dövləti tərəfindən ən layiqli formada həyata keçiriləcək".
Deputat bildirib ki, işlərin daha sürətli getməsinə mane olan cəhətlər erməni vandalları tərəfindən basdırılmış minalardır. Dövlətimizin öz hesabına minalar təmizlənir. Paralel olaraq da tikinti işləri baş verir. Bütün bunlar həm də ölkəmizin gücünə, qüdrətinə işarədir. Biz iqtisadi potensialımıza, insan resurslarımıza, yeni texnologiyalara əsaslanaraq bunları həyata keçiririk. Bu da bizim dünyadakı artan nüfuzumuzun bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB