“Milli ideologiyaya malik olmayan bir dövlət heçnəyə nail ola bilməz“ - FƏLSƏFƏ DOKTORU DANIŞDI
“Ölkə başçısının da vurğuladığı kimi Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib və Qarabağ işğaldan azad edilib. Bir neçə il bundan öncəyə qədər Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən, prioritetlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Artıq biz bu missiyanı həyata keçirmişik. Missiya kimi ən öndə duran məqsədlərimizdən biri “müstəqilliyimiz daimi, əbədi, dönməzdir” sözünü doğrultmaqdır. Lakin ərazi bütövlüyümüzün bərpası da Azərbaycanın missiyalarından biri idi”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
Onun sözlərinə görə, bu gün tarix yenilənir, tarixi şərait dəyişir, yeni ideallar formalaşır: “Qafqazda yaranan yeni reallıqlar artıq geosiyasi şəraitə təsir edir. Bu baxımdan Azərbaycanın missiya ideyası da yenilənir. Bu ideyanın əsasında gələcək dayanır. Yəni, bu missiya sayəsində Azərbaycandan dünyaya yeni bir pəncərə açılacaq. Hansı ki, Azərbaycan quruculuq, bərpa işləri timsalında öz gücünü bir daha bütün dünyaya göstərəcək.
Təbii ki, qarşıya qoyulan missiyaların həyata keçirilməsində milli ideyanın böyük rolu var. Çünki milli ideologiyaya malik olmayan bir dövlət heçnəyə nail ola bilməz. Müsbət haldır ki, Azərbaycanda milli ideya öz əksini tapır. Biz məhz xalq-iqtidar birliyi nəticəsində uğur qazanmışıq. Milli ideya milli şüura siraət etməsə, biz heçnəyə nail ola bilmərik. Milli ideya həm də inkişafın əsasıdır. Düşünürəm ki, milli ideyanın dövlət idarəetməsində formalaşması idarəçiliyin əsas nümunəsi kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB