Paşinyan Bakının bəyanatını sülh prosesinə "ciddi zərbə" adlandırıb
...Ermənistan Azərbaycan tərəfinin son bəyanatlarını sülh prosesinə ciddi zərbə hesab edir, çünki Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ölkələrin ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməkdən imtina edir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
...Mən Azərbaycanın son bəyanatlarını sülh prosesinə ciddi zərbə kimi qiymətləndirirəm. Sərhədlərin delimitasiyası prosesi sərhəd yaratmaqdan deyil, delimitasiya komissiyalarımız tərəfindən qanunun qəbulu zamanı mövcud olan sərhədləri bərpa etməlidir.
Bunu deyən Paşinyan, “...təbii ki, indi Azərbaycanda seçkiqabağı dövrdür, lakin biz bu bəyanatları Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndiririk”-deyə əlavə edib.
Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl, Azərbaycan ordusunun 2021 və 2022-ci illərdə Ermənistan silahlı qüvvələri ilə hərbi toqquşmalar nəticəsində işğal etdiyi əraziləri tərk etmək niyyətində olmadığını bildirib(?).
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB