“Azərbaycan-Qazaxıstan strateji müttəfiqlik münasibətlərinə malikdir“ - ŞƏRH EDİLDİ

“Azərbaycan-Qazaxıstan strateji müttəfiqlik münasibətlərinə malikdir“ - ŞƏRH EDİLDİ

“Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri kifayət qədər yüksək səviyyədədir. Münasibətlərin bu qədər yüksək səviyyədə olması Azərbaycan-Qazaxıstan münasibətləri kontekstində deyil, bütövlükdə Azərbaycanın türk respublikaları və Mərkəzi Asiya ölkələri ilə yaxşı əlaqələr qurması fonunda dəyərlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün Mərkəzi Asiya ölkələri ilə güclü əlaqələrə malikik: “Azərbaycan-Qazaxıstan münasibətlərindən danışarkən, ötən il ərzində dəfələrlə ölkə rəhbərlərinin qarşılıqlı səfərlərini qeyd etməliyik: “Bu səfərlərin çoxluğu da deməyə əsas verir ki, Azərbaycan və Qazaxıstan strateji müttəfiqlik münasibətlərinə malikdir. Bütövlükdə Qazaxıstan çox önəmli iqtisadi güc mərkəzlərinin parlayan və yüksələn xətt üzrə inkişaf edən ölkələrindən hesab edilir. Belə bir ölkə ilə Azərbaycanın əlaqələrinin dərinləşməsi həm Azərbaycan, həm də Qazaxıstanın iqtisadi, siyasi mənzərəsi üçün pozitiv nəticələrlə yekunlaşır”.

Bütün xəbərlər Facebook səhifəmizdə