"Hazırda müşahidəçilərin sayı 20 minə çatıb" - MSK SƏDRİ

"Hazırda müşahidəçilərin sayı 20 minə çatıb" - MSK SƏDRİ

"Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmaması üçün əlimizdən gələni edirik". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, müxtəlif qurumlarla həyata keçirilən maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir: "Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı xarici təşkilatlar da izləyirlər. Qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir. Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Hesab edirəm ki, seçkiyə qədər bu rəqəm 50 minə yaxınlaşacaq".

O, sözlərinə əlavə edərək deyib ki, Ombudsman Aparatı ilə keçirilən tədbirin də çox əhəmiyyəti var: "Ombudsman Aparatından gözləntilərimiz çoxdur. Kiminsə haqqı pozulsa, Ombudsman müdaxilə etməlidir. Bunu gizlətməyə ehtiyac yoxdur. Çatışmazlıqların aradan qaldırılmasına müvəkkildən dəstək gözləyirik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə